Jun 23, 2015

Android əməliyyat sisteminin arxitekturası

Android, Open Handset Alliance, Google və sərbəst programlaşdırma qrupları tərəfindən inkişaf etdirilən bir əməliyyat sistemidir (ƏS). Bu ƏS əsas hissələri çərdək (kernel), sistem kitabxanaları, proqramlaşdırma çərçivələri (frameworks) və təməl programlardan ibarətdir. Android arxitekturası belədir:

Bu arxitekturanı ayrı-ayrı incələmək proqramçı namizədlərinin üzərində içlədikləri sistemi başadüşmələri baxımından faydalı olar.

Təməl hissə (Linux kernel)


Android Linux kerneli istifadə edir. Linux kernelinə Android üçün əlavə edilən kod hissələri və kitabxanalar GNU -a sahib olduqları halda, digər hissələr istehsalçı firmalara öz bağlı ROM'larını əmələ gətirmələrinə icazə verəcək amma sərbəst bir şəkildə Apache Licence-lə paylanmaqdadır.

Linux kernelin birbaşa qaynaq olduğu təhlükəsizlik (security), yaddaş və proses (memory and process) kontrolu, fayllar və bağlantı üçün I/O işləri və cihaz sürücüləridir. Kerneldə Android üçün özəlləşdirilmiş başlıca sahələr isə güc idarəsi, paylanan yaddaş, low memory killer və proseslər arası işlər üçündür. 

Kitabxanalar (libraries)



Arxitekturanın digər vacib hissəsi olan kitabxanalarda C ilə yazılmış sistem kitabxanaları, internet browserlərin çalışması üçün Webkit, görüntüləmə kontrolunu edən Surface Manager, qrafika üçün OpenGL, səs və video üçün lazım olan Media Framework, məlumatların saxlanması və idarəsi üçün SQLite kimi hissələr mövcuddur.

Android runtime


Bu hissə Linux kernelindəki kitabxanaların Java ilə birləşdiyi hissədir. İki vacib hissəsi vardır. Bunlar təməl Java kitabxanaları və Dalvik VM (virtual machine) dir.

  • Dalvik Virtual Machine: proqramlar Dalvik VM tərəfindən işlədilir. Təməl işləmə mexanizmini Android proyektlərinin təməl arxitekturasını anlamaq baxımından önəmlidir. Java ilə yazılan programlar alınır, Java kodları kompayl olunaraq bytecode fayllarına çevrilir. Bu fayllar dex fayllarına çevrilərək Dalvik VM çalışdıracağı formaya salar. Dalvik zəif prosessor gücü, az RAM və sərhədli batareya şəraitlərinə görə dizayn edilmişdir.

No comments:

Post a Comment

Zəhmət olmasa şərhlərinizi yazın