Faydalı məlumatlar


İş görüşünə gedərkən nə etməli?

Bu çox vacibdir. Hər bir iş axtaran və işləmək istəyən şəxs bunları bilməlidir.


Bu halda bir neçə sual yaranır:

  • Görüşə dəvət edilərkən neçə münasibət göstərilməlidir?
Siz iş görüşünə telefon və ya e-mail vasitəsilə dəvət edilə bilərsiniz. Adətən bu dəvət telefon ilə icra olunur. İlk görüş və ilk danışıq çox vacibdir. Hər zaman təbii (olduğun kimi görünmək və ya göründüyün kimi olmaq) lazımdır. Telefonda özəlliklə iş görüşünə dəvət edilirsinizsə xoş münasibət göstərməlisiniz və
qeyri-ciddilik dən uzaq olmalısınız.
  • Görüşün vaxtını kim təyin etməlidir?
Adətən iş görüşünə dəvət edən şəxs sizə filan gün filan vaxtda görüşə gəlməyinizi bildirir (iş yerinə görə dəyişə bilər). Əgər dəvət edənin dediyi vaxt sizin üçün uyğunsuzdursa, nəzakətli bir tərzdə həmin vaxtın sizin üçün uyğun olmadığını qeyd edərək öz fikrinizi bildirməlisiniz və sizə uyğun ola biləcək vaxtı təyin etməlisiniz.
  • Görüşə necə getməli?
Bu görüşə hansı tərzdə yəni necə geyinərək və digər görünüş ünsürlərinizin necə olması ilə bağlıdır. Geyim çox vacibdir, hər bir iş yeri işçisinin təmiz, səliqəli və görkəmli geyinməyini istəyir. Siz görüşə gedərkən (kostyum, qalustuk və.s geyinməyiniz heç vacib deyil) sport geyimlərdən istifadə etmədən digər səliqəli geyimlərdən istifadə etsəniz bu sizin ilk 30 saniyə üçün müsbət fikir oyadırmağınıza kömək edəcək. Bununla yanaşı kişilər üçün saqqallı (qeyri səliqəli saqqal) və qeyri ciddi saç düzümü ilə getməməyiniz məsləhətlidir.
  • Dəvət olunduğunuz iş yerinin ünvanını bilmirsinizsə, nə etməli?
İş görüşünə dəvət olunarkən mümkün qədər dəvət edən şəxsdən ünvanı öyrənməyə çalışın. Əgər bu mümkün olmadığı halda, internet vasitəsilə araşdırmağa çalışın və əgər bu da mümkün olmasa vaxtınız varsa bir gün əvvəldən həmin yeri tapmağa çalışın.
  • Görüşə hansı vaxtda getməli?
Görüşə heç vaxt gecikmək olmaz. İlk başdan bu hərəkət heç  bəyənilməyəndir. Yuxarıda da qeyd etdiyim kimi əgər ünvanı bilmirsinizsə əvvəlcədən öyrənin və ya görüş saatından məsafədən asılı olaraq əvvəl ünvanı axtarın. Çünki iş görşünə ən az 10 vəya 15 dəqiqə əvvəldən çatmaq lazımdır.
  • Müsahibə zamanı nələrə diqqət edilməlidir?
Yuxarıda sadaladıqlarım görüşdən əvvəl edilməli olan ən vacib məsələlərdir. İndi isə görüş zamanı nə etməli və necə davranmalısınız onlara nəzər edək.
Bu sizin görüşəcəyiniz şəxs və ya şəxslər olan otağa necə daxil olmağınız və hanşı şəkildə salamlaşmağınızla başlayır. Və yuxarıda qeyd etdiyim kimi ilk 30 saniyə prinsipionların sizi gördüyü andan başlayır. İçəri daxil olarkən nəzakətlə və gülümsəyərək salamlaşmaq lazımdır. Heç bir halda qorxmaq və cəkingən davranmaq, eyni zamanda da həddən artıq rahat olmaq yol verilməz və xoşagəlməzdir. Verilən suallara mümkün dərəcə düzgün və aydın cümlələrlə cavab verilməlidir. 

Hər kəsə uğurlar!

No comments:

Post a Comment

Zəhmət olmasa şərhlərinizi yazın