Feb 25, 2013

Android-də "Toast" istifadəsi


    


    Hər bir proqramlaşdırma dillərində olduğu kimi Android proqramlaşdırmasında xəbərdarlıq (notification) mesajı kimi "toast" istifadə olunur. Sadəcə toast deyil eyni zamanda
"Alert" də var amma biz indi Toast-ın istifadəsinə baxacayıq.
Şəkildə gördüyünüz toast tipli mesajdır. Toast mesaj və onun mətni sadəcə aktivity üçün gərəkli, təyin edilmiş yerdə açılır və təyin edilən vaxt qədər ekranda qalır. Məsələn: mail göndərilmədisə onun draft folderində saxlanma xəbərdarlığını verən bir toast mesaj istifadə edə bilərsiniz.

    Toast-ın təməl funksiyası
 Təməl funksiyası makeText()-parametrik funksiyadır və üç tipdə parametri vardır. Bunlar: context, text, duration. Toast mesajı aşağıdakı kimi düzəldilir. Toast mesajı ekrana çıxarmaq üçün isə show() funksiyasından istifadə edilir.

Context context = getApplicationContext();
CharSequence text = "Hello toast!";
int duration = Toast.LENGTH_SHORT;

Toast toast = Toast.makeText(context, text, duration);

toast.show();

və ya

Toast.makeText(context, text, duration).show();

   Toast mesajın pozisiyası
Standart olaraq toast mesaj ekranın aşağı hissəsində görünür. Təbiki bunu manual olaraq özümüz təyin edəbilərik. Bunun üçün setGravity(int, int, int) methodundan istifadə edilir. Misal üçün:

toast.setGravity(Gravity.TOP | Gravity.LEFT, 0, 0);

Toast haqqında bu qədər. Öz app-larınızda test etsəniz daha yaxşı öyrənəcəksiniz. :)

2 comments:

Zəhmət olmasa şərhlərinizi yazın