Nov 6, 2012

C# Proqramlamada "operator"lar

    Yazılarımda o qədərdə ardıcıllıq yoxdur, bunun səbəbi isə zaman azlığıdır :). Nəyə görə mənə sual verirlərsə məndə ona uyğun yazmağa çalışıram.

   Proqramlaşdırma dillərində tək başlarına hər hansı bir mənası olmayan ancaq proqramın işləyişində iştirak edən simvol ya da simvol birliklərinə operator deyilir.
   Misal üçün a+b ifadəsində + işarəsi bir operatordur. Operatorların təsir etdiyi sabit və ya dəyişkənlərə isə operant deyilir. Məsələn: a+b ifadəsində a və b operantdır.

Birinci öncəlik daşıyanlar x++, x--
Tək operand alan operatorlar +, -, !, ~, ++x, --x, (Tip)x
Vurma və bölmə *, /, %
Toplama və çıxartma +, -
Sürüşdürmə operatorları <<, >>
Əlaqəli və tip testi operatorları <, >, <=, >=, is, as
Bərabərlik operatorları ==, !=
AND &
XOR ^
OR |
Məntiqi və &&
Məntiqi və ya ||
Şərt operatoru ?:
Təyin edilmə və əməliyyatlı operatorlar =, *=, /=, %=, +=, -=, <<=, >>=, &=, ^=, |=
 
Operatorlara misal:


using System;
 class Operatorlar
 {
        static void Main()
        {
                int i=3*5/7;
                Console.Write(i);
        }
 }


Operatorla onsuzda proqram yazarkən çox rastlaşacaqsınız və istifadə edəcəksiniz.
    Ümid edirəmki kiməsə faydalı olar :).

No comments:

Post a Comment

Zəhmət olmasa şərhlərinizi yazın